Paşinyan müxalifəti danışıqlara dəvət etdi: ““Məxməri inqilab” olmayacaq

Paşinyan müxalifəti danışıqlara dəvət etdi: ““Məxməri inqilab” olmayacaq

Ermənistanda Baş Qərargahın Paşinyan istefaya çağırmasından sonra Baş nazir müxalifəti danışıqlara dəvət edib.

Cebhe.info xəbər verir ki, axşam saatlarında İrəvanda Paşinyan tərəfdarlarının yürüşü başa çatıb. Paşinyan bildirib ki, bu günlük hakimiyyətin missiyası başa çatıb: "Bu andan etibarən aksiyanı başa çatdırır və bəyan edirəm ki, müxalifətdən olan həmkarlarımızı danışıqlar masasına dəvət etmişəm",- deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, bugünkü aksiyadan sonra xalqın mövqeyi ona məlum olub: "Biz xalqın mövqeyini öyrəndik. Bunlar bizimlə “Respublika” meydanında çiyin-çiyinə olan minlərlə insan idi. Mən hər kəsə bir şeyi vəd edə bilərəm-bizdə daha “məxməri inqilab” olmayacq". .
Xəzər

Mənbə: cebhe.info