BMT Ermənistandakı vəziyyəti şərh edib

BMT Ermənistandakı vəziyyəti şərh edib

Birləşmiş Millətlər Təşkilatı (BMT) Ermənistandakı vəziyyətdən narahatdır və tərəfləri təmkinli olmağa və siyasi ziddiyyətləri dialoq yolu ilə həll etməyə çağırır.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

“Ermənistanda gördüklərimiz bizi çox narahat edir. Bütün tərəflərin sakitliyə riayət etməsi çox vacibdir. Biz təmkinli olmağa, həmçinin gərginliyin aradan qaldırılması və siyasi ziddiyyətlərin həlli üçün inklüziv dialoqa çağırırıq”, - o deyib.

Bununla yanaşı, o, Konstitusiyaya və demokratiyaya hörmət edilməsinin zəruriliyini qeyd edib.

Mənbə: qafqazinfo.az