Rusiyalı iş adamı Nyu-Yorkun yeni meri ola bilər – FOTO

Rusiyalı iş adamı Nyu-Yorkun yeni meri ola bilər – FOTO

ABŞ vətəndaşı olan rusiyalı iş adamı Vitali Filipçenko Nyu-York şəhərinin meri ola bilər.

Bu barədə RTVi telekanalı məlumat yayıb.

Məlumata əsasən, 15 il öncə Rusiyanın Tomsk şəhərindən ABŞ-a köçmüş V.Filipçenko Nyu-York şəhərinin mer seçkilərində öz namizədliyini irəli sürməyə hazırlaşır. O, bitərəf namizəd kimi seçkilərə qatılmağı düşünür.

Qeyd edək ki, iyun ayında Demokratlar və Respublikaçılar partiyasıından olan namizədlərin ilkin seçkisi keçiriləcək. Şəhər meri isə noyabrın 2-də müəyyənləşdiriləcək.

Yeni mer 2022-ci ilin yanvarın 1-dən etibarən sələhiyyətlərinin icrasına başlayacaq.

Mənbə: www.oxu.az