İstanbulda “Əsrin soyqırımı-Xocalı” adlı fotosərgi açılıb

İstanbul, 26 fevral, AZƏRTAC

İstanbulda “Əsrin soyqırımı-Xocalı” adlı fotosərgi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgi İstanbul Səfaköy Iğdırlılar Sosial Həmrəylik və Mədəniyyət, eləcə də İstanbul Türkiyə-Azərbaycan (İSTAD) dərnəklərinin təşkilatçılığı ilə baş tutub.

Sərgidə İstanbul Səfaköy Iğdırlılar Sosial Həmrəylik və Mədəniyyət Dərnəyinin sədri Cəlal Karaali, İSTAD-ın rəhbəri Səfər Qaraqoyunlu, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər bildiriblər ki, Xocalı soyqırımı yalnız azərbaycanlılara deyil, bütün insanlığa, eləcə də türk dünyasına qarşı törədilmiş cinayətdir. Bu səbəbdən Xocalıya ədalət üçün bütün dünya Azərbaycanı tam dəstəkləməlidir. Xocalı kimi dəhşətli bir soyqırımı aktını törətdiklərinə baxmayaraq, Türkiyəyə qarşı əsassız soyqırımı iddiaları irəli sürən ermənilər özlərini dünyaya məzlum xalq kimi təqdim edirlər, lakin dünyanın gözü qarşısında baş vermiş bu soyqırımı aktını törədən məhz həmin ermənilərdir. Bu qanlı hadisəni törədənlərin cəzasız qalması bütün bəşəriyyətə qarşı cinayətdir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

 

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Tyerri Anri uşaqlarına görə postundan getdi - RƏSMİ

SONRAKI XƏBƏR

Anlamadılar ki, Tanrı əmanətinə toxunmaq olmaz...