Xocalı faciəsi Moldova mətbuatında - VİDEO

Xocalı faciəsi Moldova mətbuatında - VİDEO

Xocalı faciəsini unutmaq, bağışlamaq olmaz. Moldovanın effextiv siyasət institunun direktoru, tarix elmləri doktoru Vitali Andreeyevski deyib ki, Xocalı soyqırımı, mülki əhalinin qırğını kimi dünya tarixində dərin iz buraxan Holokost, Xatın, Songmi kimi faciələrlə bir səviyyədə durur.

Ancaq bu gün bu dəhşətli faciədən danışmayacağam. Artıq onun haqqında çox şey yazılıb və söylənilib. Mən Azərbaycan xalqının, bu ölkənin Prezidenti İlham Əliyevin böyüklüyünü və müdrikliyini göstərmək istəyirəm. Müdriklik ondadır ki, Azərbaycan işğal olunmuş torpaqları geri qaytaran zaman intiqam alanlar kimi davranmadı, baxmayaraq ki, buna mənəvi haqqı var idi. Bu, həqiqi nəciblikdir. Qazan və intiqam alma. Müharibə bitdi. Azərbaycan istədiyinıə nail oldu. Artıq yaradıcılıq dövrü başlayır.

Azərbaycan İqtisadiyyat İnstitutunun hesablamalrına görə, azad olunmuş ərazilərin tam bərpası üçün yaxın 10 ildə 100 milyard manata yaxın vəsaitin lazım olacağınıd eyən moldovalı politoloqun sözlərinə görə, neft-qaz gəlirləri hesabaına kifayət qədər maliyyə ehtiyatlarına sahib olan bir ölkə üçün də bu məbləğ böyükdür. lakin Azərbaycan bu gün bölgənin yenidən qurulması üçün nəyi və necə edəcəyini bilir. Azad olunmuş ərazilərin bərpası fikrimcə, Xocalı faciəsinin qurbanları üçün ən yaxşı abidə olacaq. həyatları geri qaytarmaq olmaz. Lakin işğal olunmuş torpaqlar geri qaytarıldı. Qaçqınları geri qayıdacaq. Və bu torpaqlar daha da gözəlləşəcək.

Mənbə: www.realtv.az