Sülh əleyhinə cinayət - VİDEO

Sülh əleyhinə cinayət - VİDEO

Xocalı soyqırımı sülh əleyhinə cinayətdir.

Bunu REAL-a açıqlama verən Peru parlamentinin deputatı Qiyermo Alexandro Paxares bildirdi.

1992-cil, fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlərə Peru parlamenti 2013-cü ilin 13 iyununda qiymət verdi. Biz öz kürsümüzdən bəyan etdik ki, 600-dən artıq insan həmin gecə qətlə yetirilib. Bu ağlasızmaz cinayətdir. Bu, sülh əleyhinə cinayətdir və biz bütün ölkələrə üzümüzü tutaraq bunu bəyan edirik, bütün ölkələr dostluq və əmin-amanlıq şəraitində yaşamalıdır. Amma bu cür cinayətlər sülhü təhlükə altına qoyur. Soyqırımı kimi qiymətləndirilən və tam şəkildə sənədləşdirilmiş bu hücumun ardınca Azərbaycan ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Odur ki, 2017-ci iıldə Peru parlamentində bu qətlimanı yad etdik. Mənsub olduğu millətdən, dindən, mədəniyyətdən asılı olmayaraq Peru parlamenti bu məsələdə həmrəylik ifadə edir. Peru sülhün və əmin-amanlığın tərəfdarıdır.

Qeyd edək ki, Peru parlamenti 2014 cü ilin 14 iyun tarxində Xocalı faciəsini soyqırım kimi rəsmən tanıyıb

Mənbə: www.realtv.az