Niderlandın paytaxtı Haaqada yerli əhalidən  Xocalı faciəsi haqqında soruşulub - FOTO

Niderlandın paytaxtı Haaqada yerli əhalidən  Xocalı faciəsi haqqında soruşulub - FOTO

Dünən “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin üzvləri tərəfindən Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar yerli hollandları maarifləndirmək üçün sorğu keçirilib.

Niderland Krallığının Haaqa şəhərində yerli əhaliyə yaxınlaşan gənclər öncə Azərbaycan haqqında ümumi tanışlıq sualları veriblər. Sonra Xocalıda baş verən qanlı hadisələri onların gözləri qarşısında təsvir ediblər. Əsas sual bu olub: “Siz bu olaylara nə ad verərdiniz? Bu hadisələr unudula bilərmi?” Hollandların reaksiyası çox maraqlı oldu. Hamısı heyrətdən çaşıb qaldılar.

Verilən cavablar təxminən belə oldu:

“Ola bilməz. Bu bir insanlıq utancıdır. Bu, hərbi cinayətdir. 20-ci əsrdə bu vəhşətin törədilməsi inanılmazdır. Bu cinayəti törədənlər cəzalandırılmalıdır. Bu hadisələrə beynəlxalq siyasi qurumları hüquqi qiymət verməlidirlər”.

Təəssüf ki, respondentlərin böyük əksəriyyəti fotolarının çəkilməsini istəməyiblər. Onlara “Xocalıya ədalət! (JusticeForKhojaly!)” broşürləri verilib.

 

Mənbə: www.realtv.az