Tacikistan 2027-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrlik edəcək.
Tacikistanın Xovar informasiya agentliyinə istinadla xəbər verilir ki, bu barədə noyabrın 11-də Moskvada keçirilən KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasında məlumat verilib.
Tacikistan Prezidenti Emoməli Rəhmon ölkəsinin sədrliyi dövründə regional təhlükəsizliyin gücləndirilməsinə, sərhədlərin möhkəmləndirilməsinə və üzv dövlətlər arasında əməkdaşlığın inkişafına diqqət yetiriləcəyini bildirib.
O, həmçinin KTMT-nin yaradılmasının 25 illiyi və Kollektiv Təhlükəsizlik Müqaviləsinin imzalanmasının 35 illiyi ilə bağlı tədbirlərin keçirilməsinin prioritet olacağını qeyd edib.
Mənbə: bizim.media