Japarovdan seçkilərlə bağlı xəbərdarlıq - Təxribatlar ola bilər

Japarovdan seçkilərlə bağlı xəbərdarlıq -

Qırğızıstan prezidenti Sadır Japarov seçkilər ərəfəsində ölkənin cənubunda qırğızlarla özbəklər arasında millətlərarası münaqişə yaratmaq cəhdlərinin ola biləcəyi barədə xəbərdarlıq edib.

Bu barədə “Lenta.ru” məlumat yayıb.

Japarovun sözlərinə görə, bəzi siyasətçilər yalan məlumatlar yayaraq iğtişaşlar törətməyə çalışa bilər. O xatırladıb ki, Qırğızıstan 1990 və 2010-cu illərdə də oxşar hadisələr yaşayıb.

Qırğızıstan lideri vətəndaşları təxribatlara uymamağa çağırıb.

Qeyd edək ki, 2027-ci il yanvarın 27-də Qırğızıstanda prezident seçkiləri keçiriləcək. Mərkəzi Seçki Komissiyasına dövlət başçısı postu üçün 10 nəfər müraciət edib.

Müəllif: Roza

Mənbə: publika.az