Trampdan İsraillə bağlı iddialı açıqlama: Baş nazir ola bilərəm

Trampdan İsraillə bağlı iddialı açıqlama: Baş nazir ola bilərəm

ABŞ prezidenti Donald Tramp İsraildə dəstək səviyyəsinin 99 faiz olduğunu iddia edərək, müharibə başa çatdıqdan sonra bu ölkənin baş naziri ola biləcəyini deyib.

Tramp “Salem News Channel” telekanalına müsahibəsində xarici siyasət məsələlərinə toxunub.

İsrailə dəstəyinin dəyişmədiyini bildirən ABŞ lideri özünü İsraili ən çox dəstəkləyən prezidentlərdən biri kimi xarakterizə edib. “İsraildə dəstək səviyyəm 99 faizdir. Orada ən populyar şəxs mənəm. Bu iş bitdikdən sonra İsrailə gedib baş nazir ola bilərəm”, - Tramp bildirib.

İranla bağlı suala cavabında isə ABŞ prezidenti Tehranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün hərbi güc tətbiq etməkdən çəkinməyəcəyini vurğulayıb. Tramp İran məsələsində yaxşı irəliləyiş əldə etdiklərini, Hörmüz boğazından müharibədən əvvəlki dövrlə müqayisədə daha çox neft daşındığını iddia edib.

“Venesuelanı qazandıq və Hörmüz boğazına nəzarət edirik. Boğaz tamamilə bizim nəzarətimiz altındadır. Hazırda İran müharibəsini də qazanmaq prosesinin ortasındayıq”, - deyə o əlavə edib.

Mənbə: publika.az