Avropa İttifaqı İran tərəfindən Əlavə Protokolun dayandırılmasına reaksiya göstərib

Avropa İttifaqı İran tərəfindən Əlavə Protokolun dayandırılmasına reaksiya göstərib

Eastnews.org-un verdiyi xəbərə görə, Aİ xarici siyasət idarəsinin rəhbəri Cozef Borrel İranın Əlavə Protokolun tətbiqini dayandırma qərarına cavab olaraq açıqlama yayıb.

Cozef Borrel bildirib ki, Tehran tərəfindən Əlavə Protokolun tətbiqinin dayandırılması ilə əlaqədar narahatdırlar:

"Avropa İttifaqı bununla bu vacib məqamda nüvə sazişinə sadiqliyini bəyan edir. Müqaviləni qorumaq və onun tam icrasını təmin etmək üçün beynəlxalq ictimaiyyətlə işimizi davam etdirməyə sadiqik. İranın Əlavə Protokolun tətbiqini dayandırma qərarı və BMT Təhlükəsizlik Şurasında göstərilən şəffaflıq təminatları bizi çox narahat edir. Əgər (İran) qərarını ləğv etməsə, belə bir qərar agentliyin İranın nüvə materiallarını və fəaliyyətlərini təsdiqləmək və bu fəaliyyətlərin sülhsevər olduğunu qəbul etmək qabiliyyətini ciddi şəkildə əngəlləyəcək".

Mənbə: eastnews.org