Sergey Ryabkov: "ABŞ və Rusiya arasında münasibətlər heç vaxt bu qədər gərgin olmamışdı"

Sergey Ryabkov: "ABŞ və Rusiya arasında münasibətlər heç vaxt bu qədər gərgin olmamışdı"

Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ dollarını ölkəsinin maliyyə sistemindən kənarlaşdırmağın zəruriliyini vurğulayan Rusiya Xarici İşlər nazirinin müavini Vaşinqton ilə Moskva arasında münasibətlərin heç vaxt bu qədər gərgin olmadığını söyləyib.

Sergey Ryabkov Moskvanın ABŞ-ın rəsmi valyutasından müstəqilliyini artırmağın lazım olduğunu vurğulayıb və ölkəsinin dollardan asılılığını azaltdığını bildirib.

Məlumata görə, Vaşinqtona qarşı əlavə sanksiyaların tətbiq olunmasına cavab olaraq danışan Ryabkov bunları qeyd edib:

"Amerika maliyyə qaynaqlarından asılılığa müqavimət göstərməliyik və iqtisadi sistem Amerikanın davamlı düşmənlik fəaliyyətlərinin bu zəhərli mənbəyindən asılılığına son qoymalıdır".

Mənbə: eastnews.org