ABŞ səfirliyi: Ermənistandan “Boeing 737”nin İrana ötürülməsini aydınlaşdırmağa çağırırıq

ABŞ səfirliyi: Ermənistandan “Boeing 737”nin İrana ötürülməsini aydınlaşdırmağa çağırırıq

Erməni mətbuatı ABŞ-ın Ermənistandakı səfirliyinə sorğu göndərib, Ermənistanda qeydiyyata alınmış Amerika istehsalı olan “Boeing 737” təyyarəsinin İranda peyda olması ilə bağlı mətbuatda yayılmış məlumatlar barədə açıqlama xahiş edib. Ordu.az xəbər verir ki, ABŞ-ın Ermənistandakı səfirliyindən nəşrin sorğusuna cavab veriblər.

“ABŞ hökuməti erməni şirkəti adı ilə qeydiyyatdan keçmiş təyyarənin İrana doğru sapması ilə bağlı iddialardan xəbərdardır. Bu məsələ ilə bağlı bütün tərəfləri dərhal təyyarənin olduğu yeri və statusunu aydınlaşdırmağa çağırırıq. ABŞ qanunvericiliyi ilə Amerika istehsalı olan təyyarələrin və avisiya ehtiyat hissələrinin İrana ötürülməsi və ya bunların başqa şəkildə verilməsi qadağan olunur. Bənzər fəaliyyətlərdə iştirak etmiş strukturlar ABŞ-ın sanksiyalar sahəsinə düşə bilər”, - deyə açıqlamada qeyd olunur.

Mənbə: ordu.az