Hindistan HDQ-yə “Barak-8” HHM sistemləri təhvil verilib

Hindistan HDQ-yə “Barak-8” HHM sistemləri təhvil verilib

Hindistan Hərbi Dəniz Qüvvələrinə “Barak 8” uzun mənzilli Hava Hücumundan Müdafiə sistemləri təhvil verilib. Ordu.az xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.

Raketlər İsrailin “Israel Aerospace Industries” şirkəti və Hindistanın Müdafiə Araşdırmaları və İnkişafı Təşkilatı (DRDO) tərəfindən istehsal edilib. Hindistan donanmasına təhvil verilən raketlərin son partiyası Hindistan daxilində istehsal edilib.

2006-cı ilin yanvarında Hindistan və İsrail hava hücumundan müdafiə raketlərinin hazırlanması üçün 350 milyon dollarlıq müqavilə imzalayıb. 2009-cu ilin aprel ayına qədər İsrail Hindistanda təkmilləşdirilmiş “Barak-8” üçün 1,1 milyard dollarlıq bir müqavilə də imzaladı. 2018-ci ilin oktyabrında Hindistan İsrail ilə əlavə raket tədarükü üçün 777 milyon dollarlıq əlavə müqavilə imzaladı.

 

Mənbə: ordu.az