Əfqanıstan Prezidenti Putinə məktub yolladı

Əfqanıstan Prezidenti Putinə məktub yolladı

 

Eastnews.org-un verdiyi xəbərə görə, Əfqanıstan Xarici İşlər naziri Məhəmməd Hənis Ətmar Əfqanıstan Prezidenti Əşrəf Qaninin məktubunu Vladimir Putinə çatdırmaq üçün Segey Lavrova verib.

"Əfqanıstan İslam Respublikasının Prezidenti Əşrəf Qaninin şəxsən Rusiya tərəfinin son iyirmi il ərzində Əfqanıstan və əfqan xalqına göstərdiyi yardım və köməyə görə minnətdarlığını bildirmək və çatdırmaq istəyirəm", - deyə Əfqanıstan XİN başçısı Lavrovla görüşündə bildirib.

"Bu fürsətdən istifadə edərək, Əfqanıstan Prezidenti sizin vasitənizlə hörmətli Rusiya Federasiyasının Prezidenti Zati-aliləri Vladimir Putinə Əfqanıstanın dost bir ölkə, tərəfdaş və dost olmaq istəyən ölkə olduğu mesajını vermək istəyir", - deyə Əfqanıstan rəsmisi qeyd edib.

Atmar bildirib ki, Moskva və Kabil beynəlxalq terrorçuluq, ekstremizm, narkotik ticarəti ilə mübarizə kimi ortaq maraqlara malikdir: "Və əlbəttə ki, bu təhdidlərə qarşı birgə mübarizə apara bilərik".

Onun sözlərinə görə, Kabil Moskva ilə əlaqələrin möhkəmləndirilməsinə sadiqdir.

"Dövlətlərimiz arasındakı münasibətlərdə tamamilə yeni bir səhifə açmaq istəyirik", - deyə M.Hənis Ətmar diqqətə çatdırıb.

Mənbə: eastnews.org