“BQ bəyanatından sonra artıq faktdır ki, Paşinyanın uzaqlaşması sırf zaman məsələsidir” - Abrahamyan

“BQ bəyanatından sonra artıq faktdır ki, Paşinyanın uzaqlaşması sırf zaman məsələsidir” - Abrahamyan

 

“Hakimiyyət təzyiqlər, kompromatlar, həbslər vasitəsilə hər hansı problemi həll edə bilməz, ordu öz mövqeyini bildirib, bu, artıq fakt olaraq təsbit edilib, mövcud reallıqlardan qaçmaq isə mümkünsüzdür”. Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində “Henaket” analitik mərkəzinin rəhbəri Tiqran Abrahamyan yazıb.

“Hakimiyyətin necə reaksiya verəcəyi və ya hansı vasitələrə əl atacağı halından asılı olmayaraq Silahlı Qüvələrin Baş Qərargahının bəyanatından sonra artıq faktdır ki, Nikol Paşinyanın uzaqlaşması sırf zaman məsələsidir. Bütün hərbçiləri həbs etsələr də, bundan sonra Silahlı Qüvvələrin münasibəti dəyişməyəcək, buna görə də dövlətçilik əsas institutumuzun siyasi hakimiyyətə qarşı etimadsızlığı qaçılmaz proseslərə gətirib çıxaracaq”, - deyə o qeyd edib.

 

Mənbə: ordu.az