Əfv Komissiyasında indiyədək baxılan müraciətlərin kateqoriyaları açıqlanıb

Əfv Komissiyasında indiyədək baxılan müraciətlərin kateqoriyaları açıqlanıbPrezident Administrasiyası / Google.az

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının keçirilən ötən iclaslarında baxılan müraciətlərin kateqoriyaları açıqlanıb.

“Report”un xəbərinə görə, komissiyanın indiyədək keçirilən iclaslarında əsasən yol-nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə baxılıb.

Qeyd edək ki, komissiyanın növbəti toplantısının fevralın 27-də keçirilməsi nəzərdə tutulur. Son günlər komissiya üç iclas keçirib və daxil olan müraciətlərdən 350-dən çoxuna baxılıb.

Bizimyol.info

ƏVVƏLKİ XƏBƏR

Soyuq hava nefti bahalaşdırdı

SONRAKI XƏBƏR

Azərbaycanlı qardaşlarımızın kədərini bölüşürük - Egemen Bağış