Ərdoğana doğum günü sürprizi edilib

Ərdoğana doğum günü sürprizi edilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 67-ci yaş günü münasibəti ilə vətəndaşlar evinin qarşısında ona sürpriz ediblər.

Cebhe.info xəbər verir ki, cümə namazına getmək üçün evindən çıxan Ərdoğan evinin yaxınlığındakı şirniyyat mağazasının işçilərinin onun üçün ad günü tortu hazırladığını görüb.

Maşınından düşən Ərdoğan ona ad günü sürprizi hazırlayan vətəndaşlarla bir müddət söhbət edib.

Türkiyə prezidenti onun üçün tort və şirniyyat hazırlayan vətəndaşlara təşəkkür edib:

"Rəbbim daha sağlam şəkildə ölkəmizə, millətimizə xidmət etməyi nəsib etsin. Çox təşəkkür edirəm!"

Daha sonra Ərdoğan cümə namazını qılmaq üçün Üsküdardakı Səlimiyyə məscidinə gedib.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan 26 fevral 1954-cü ildə İstanbulda anadan olub.

Mənbə: cebhe.info