Soyqırımına məruz qalmış xalq hər zaman ədalət axtarır - AÇIQLAMA ÖZƏL

Soyqırımına məruz qalmış xalq hər zaman ədalət axtarır - AÇIQLAMA ÖZƏL

"Ədalətsizliyə, soyqırıma məruz qalmış xalq hər zaman ədaləti axtarır və bərpa etməyə çalışır". Bunu SİA-ya açıqlamasında Reza ləqəbi ilə tanınan Azərbaycan əsilli fransız fotoqrafı Rza Diqqəti deyib.

R.Diqqəti vurğulayıb ki, bu 29 ildə Azərbaycan torpaqlarının düşmən işğalında qalması ədalətsizlik idi və hər bir azərbaycanlı bu ədalətsizliyə necə son verə biləcəyi barədə düşünürdü: "Ona görə də Azərbaycanın 44 günlük Vətən müharibəsi ədaləti bərpa etməyə kömək etdi. Bundan sonra isə əsas məsələ viranə qoyulmuş torpaqların bərpası və oraya həyatın yenidən qayıtmasıdır".

Mənbə: sia.az