Dinc sakinlərə qarşı aqressiya bunu törədənin zəifliyinin göstəricisidir - Rusiyalı ekspert

Bakı. Cani Babayeva, tərcümə Orxan Nəbiyev - Trend:

Xocalı faciəsi Azərbaycanın dinc sakinlərinin qorxunc kütləvi qətl hadisəsidir.

Bunu Trend-ə rusiyalı ekspert Qalina Niyazova deyib.

Onun sözlərinə görə, dinc sakinlərə qarşı aqressiya çox alçaq hərəkətdir və bunu törədənin zəifliyinin göstəricisidir: "Azərbaycan müharibədə qələbədən sonra şübhəsiz ki, özünə diqqət cəlb etdi. Müxtəlif sahələrdən çoxlu sayda ekspert Azərbaycana tədqiqat üçün gəlir və əldə olunan məlumatları bütün dünyada yayır. Məhz indi Azərbaycanın tarixin faciəvi səhifələrinə diqqət cəlb etmək üçün imkanı var".

Ekspert əlavə edib ki, bütün dünya azərbaycanlıları bundan sonra da erməni tərəfinin törətdiyi terror aktlarının dünya ictimaiyyətinin diqqətindən kənarda qalmaması və geniş şəkildə işıqlandırılması üçün səy göstərəcək.

 

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Ölkədə koronavirusla bağlı SON STATİSTİKA

SONRAKI XƏBƏR

Nərimanov Rayon Gənclər və İdman İdarəsi Xocalı soyqırımını yad etdi