VHP Xocalı soyqırımını anıb - Fotolar

VHP Xocalı soyqırımını anıb - Fotolar

Xocalı soyqırımının 29-cu il dönümünü ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının Xocalı, Gəncə, Neftçala, Lerik, Ağsu, Goranboy, Tovuz, Naftalan, Qusar bölgə təşkilatlarında anım tədbirləri keçirilib. Bu təşkilatlar rayon mərkəzlərində olan Şəhidlər xiyabanı və Xocalı faciəsinə ucalan abidə ziyarət olunub.

Eyni zamanda VHP üzvləri fərdi qaydada Bakıda “Ana Harayı” abidəsini ziyarət edib. Ziyarət zamanı çıxışlarda dünyanın Xocalı soyqırımını tanımasının və bəşəri cinayətə imza atanların cəzalanmasının vacibliyini, Xocalı şəhidlərinin ruhunun bu şəhərən azad olunması ilə şad olacağını bildirib.

Mənbə: pia.az