Kənd sakinləri İlon Maskın layihəsini rədd etdilər

“Tesla” və “SpaceX”in qurucusu İlon Maska məxsus Starlink şirkətinin layihəsi baş tutmayıb.

Unikal.org xəbər verir ki, ev sahibliyi üçün Fransanın Saint-Senier-de-Beuvron kəndi seçilib. 350 nəfərdən ibarət olan kənd sakinləri İlon Maskın bu layihəsinin keçirilməsini istəməyib.

Bununla bağlı açıqlama verən kənd bələdiyyə sədri, "Maskın həyata keçirəcəyi layihənin insan və ya heyvan sağlamlığına dair siqnallar verəcəyindən narahatıq. Ehtiyat olaraq layihədən imtina etdik",-deyə ifadə edib.

 

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Paşinyanın dünənki absurd bəyanatı Ermənistan Müdafiə Nazirliyində şok yaradıb

SONRAKI XƏBƏR

Azərbaycan ötən il Ukraynadan - 182 Ton Kolbasa Alıb