Avropa Xəbər Agentlikləri Alyansının (EANA) Baş Assambleyası Rusiyanın TASS dövlət xəbər agentliyini təşkilatdan çıxarıb.
Alyansın internet səhifəsində yerləşdirilən məlumatda qərarın gizli səsvermə ilə qəbul edildiyi qeyd olunub.
Qeyd edək ki, 2022-ci ilin fevral ayında idarəetmə orqanı olan EANA Şurası TASS-ın üzvlüyünü dayandırdığını elan edib. Bu qərarın səbəbi, Roskomnadzor tərəfindən tətbiq edilən məhdudiyyətlərə görə TASS-ın "EANA-nın məqsədinə zidd hərəkət etməsi, yəni artıq qərəzsiz xəbər təminatçısı kimi xidmət edə bilməməsi" göstərilib.
2022 və 2023-cü illərdə keçirilən EANA iclaslarında TASS-ın üzvlükdən çıxarılması məsələsi qaldırılıb, lakin kifayət qədər səs toplanmayıb. TASS-ın rəsmi olaraq üzvlükdən çıxarılması olmadan alyansdakı üzvlüyünün dayandırılması barədə qərar qəbul edilib.
Üçüncü cəhddə isə qərar üçün yetərli səs sayı əldə edilib.
Mənbə: musavat.com