Britaniyada Xocalı soyqırımı ilə bağlı fləşmob keçirilib - FOTO

Böyük Britaniyada Xocalı soyqırımı ilə bağlı fləşmob keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, Britaniyada yaşayan azərbaycanlılar Mançester, Birmingem, Edinburq, London, Aberdin kimi şəhərləri də daxil olmaqla, Britaniyanın müxtəlif nöqtələrində Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilən fləşmob təşkil ediblər.

Soydaşlarımız əllərində “Xocalıya ədalət!”, “Biz xatırlayırıq!” şüarlarının əks olunduğu plakatlar tutublar.

Bundan başqa, Xocalı ilə bağlı elektron lövhənin quraşdırıldığı avtomobil London şəhərinin mərkəzi küçələrində Britaniya ictimaiyyətini məlumatlandırıb.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

“Paşinyan özü istefa etməyəcək, o, qan istəyir” – Erməni deputat

SONRAKI XƏBƏR

Kreml Putinlə Paşinyanın telefon danışığının detallarını açıqladı