Bayden administrasiyası yeni, “üç ayaqlı soyuq müharibə”yə hazırlaşır - Bacara biləcəkmi?..

Bayden administrasiyası yeni, “üç ayaqlı soyuq müharibə”yə hazırlaşır - Bacara biləcəkmi?..

Çinin yüksəlişi ABŞ kapitalını və texnoloji qaynaqlarını Çinin mənimsəməsinə əsaslanır. Bu iki gücün hərbi hesablaşması nəticədən asılı olmayaraq, ABŞ üçün heç vaxt düzəldə bilməyəcəyi bir mənzərə yaradacaq. ABŞ-da ilişdiyi nöqtə tam da budur...

Süleyman Seyfi Öğün
“Yeni Şafak” qəzeti, Türkiyə, 25 fevral 2021-ci il

Bayden, nəhayət Münhen sammitində üzünü göstərib. ABŞ-ın yeni prezidenti lk dəfədir ki, izləyəcəyi siyasət barədə dünya ictimaiyyətini məlumatlandırıb. Əslində, nitqin məzmunu proqnozlardan o qədər də fərqli deyildi. Çıxışın önəmi bu proqnozları konkretləşdirmək oldu.

Çıxışı izlədikdən sonra bir deja-vu yaşadığımı hiss etdim. Əslində, “soyuq müharibə” dövrünü yaşamış biri olaraq, sanki, o günlərin iqliminə qayıtdım. Baydenin çıxışı açıq bir fərqə əsaslanırdı. Bu, dostla düşmən arasındakı əsas fərqdir. Bu, bir tərəfdə ABŞ-ın və “dostlarının” yerləşdiyi “azad dünya”, digər tərəfdə isə “şər dünyasının” olduğu ağ-qara ziddiyyətlərinə əsaslanan bir dünyagörüşüdür. Əlbəttə ki, Bayden “azad dünya”dan danışmadı. Bunun əvəzinə “demokratik dünya”nı vurğuladı. Görəsən, nə fərqi var?

Dünyadakı hegemon quruluşlar bütün regionları əhatə etmir. Bu baxımdan, hegemon bir təcrübə olmayıb. Hegemon mərkəzin ya rəqibləri, ya da düşmənləri olmalıdır. Düşmənləri olmayan və döyüş əməliyyatlarına söykənməyən bir hegemoniya yoxdur. Çünki ancaq bu sayədə hakimlik etmək fürsəti tapa bilər. İngiltərənin hegemoniyanın mərkəzi olduğu bir dünya uzun müddət qarşı-qarşıya gəldiyi İspaniya, Hollandiya və Fransa kimi ona rəqib olan düşmən dövlətlər var idi.

ABŞ-ın qurduğu hegemon sistemdə isə işlər bir az dəyişdi. Yaltada meydana gələn dünya qarşılıqlı nüvə təhdidi ehtimalına görə müharibəni böyük ölçüdə ortadan qaldırdı və terror nizamı üzərində quruldu. Şərq Bloku və Dəmir Pərdə kimi lənətlənmiş atributlarla təsvir olunan və özünü təcrid edən qaranlıq bir dünya idi. İşıqlı qüvvələrlə qaranlıq qüvvələr arasındakı müharibə miflərin və dastanların uydurmasıdır, lakin bunlar həm də müasir dünyanı xarakterizə edirlər. Bu səbəbdən, ideologiyalar böyüdükcə böyüyür. İdeologiyalar eynilə miflərin müasir versiyası kimi, Əflatunun məşhur mağara məsəlində də olduğu kimi, reallığın təhrif olunmuş halıdır. Aradakı fərq isə ondadır ki, əfsanələrin və xüsusilə dastanların ən yaxşı halda ədəbi çiçəklənmə yaşamaq ehtimalı var, lakin ideologiyalar quru və radikaldır. İdeoloji sənətlərin səfaləti də bunu göstərir.

Məsələnin özünə baxsaq, hadisələr tək sistemli bir dünya nizamına, daha doğrusu, “əmək bölgüsünə” nail olmaq məqsədi daşıyır. ABŞ-Sovet İttifaqı gərginliyini də dünya əmək bölgüsü konsepsiyası üzərindən anlamaq lazımdır.

Sovet İttifaqının dağılması birdən-birə baş vermədi. 1970-ci illərdə “Azad Dünya” anlayışı kapital üzərindəki ağır dövlət təzyiqləri və işçi siniflərinin rahatlığa çıxması ilə ağır bir böhrana sürükləndi. Sovet dövləti də bir istehsal gücü olaraq “Azad Dünya”nı ötüb keçdi. Çin isə dəyişrərək bu böhrandan çıxmaq istəyirdi. Bunu da Kissincer həyata keçirdi. Ancaq Sovet İttifaqı, nəticədə, eyni əmək bölgüsünün bir hissəsi idi. Kapitaldakı və əmək məhsuldarlığındakı azalmalar onu da məhv edəcəkdi. Dövlətin iqtisadiyyata mütləq nəzarəti, vergilərin olmaması və yenidən bölüşdürmə yollarının qarşısının alınması ona qismən üstünlük verirdi.

70-ci illərdəki iqtisadi uğurların Semuelson kimi iqtisadçıların diqqətini çəkməsi önəmlidir. Ancaq bu üstünlüklər 1980-ci illərdə problemə çevrildi və sosialist blok sürətlə çökməyə başladı. Bu, onsuz da çətin vəziyyətdə olan ABŞ üçün həm xoş, həm də düşündürücü bir durum idi. Düşmənin məğlub olması sevindirici idi, lakin düşmən olmadan sistemi necə yaşatmaq olardı? Yeni bir düşmən yaradılmalı idi.

İranla vəziyyəti bir müddətlik idarə etdilər. Sonradan “islam terroru” anlayışı törədildi. Ancaq bunların bir mənası yox idi. Çünki sistemi qeyri-sistem elementləri ilə davam etdirmək mümkün deyildi. Sovet dövləti sistemdaxili bir düşmən idi. Dövlət və iqtisadiyyat baxımından daha konkret idi. Ancaq “islam terroru” rəsmən sistemdən kənarda idi.

Digər tərəfdən, həqiqi rəqib Çin də yüksəlişdə idi. Bu gün dünyada hər kəs ABŞ və Çin arasında ən dərin ziddiyyətin yaşandığını və Üçüncü Dünya Müharibəsi başlasa, bunun Çin-ABŞ müharibəsi olacağını çox yaxşı bilir. Ancaq qəribədir ki, ABŞ üçün bu gərginlik “soyuq müharibə” dövründə olduğu kimi, heç vaxt möhkəm doktrinaya əsaslanmadı. Çünki bu proses, yəni Çinin yüksəlişi ABŞ kapitalını və texnoloji qaynaqlarını Çinin mənimsəməsinə əsaslanır. Bu iki gücün hərbi hesablaşması nəticədən asılı olmayaraq, ABŞ üçün heç vaxt düzəldə bilməyəcəyi bir mənzərə yaradacaq. ABŞ-da ilişdiyi nöqtə tam da budur. Bəli, indi mövcud olmaq üçün bir düşməni var. Ancaq bu düşmən o dövrdə ABŞ tərəfindən yaradılan, lakin artıq ABŞ-ı kənardan təhdid etməyən, əksinə içəridən gəmirən bir düşməndir.

Bayden hədəfi çaşdıraraq yeni ”üç ayaqlı bir soyuq müharibə”nin təməlini qoyur. Transatlantik layihəsi AB ilə Rusiyanın əlaqəsini kəsməyi hədəfləyir. İkincisi isə Rusiya ilə Çini bir-birinə qarşı qoymaq gündəmdədir. Üçüncü ayağında da Asiyadakı sabitliyi pozaraq Çinin addımlarına mane olmaq hədəflənir.

Bəs, görəsən, bacara biləcəkmi? Əlbəttə, xeyr. Bunlar mənasız cəhdlərdir. Marksın da dediyi kimi, məhsuldar qüvvələrin inkişaf dinamikasından uzaqlaşanlar tarixin mürtəce qüvvələrinə çevrilirlər. Prosesi boş yerə dayandırmağa çalışırlar və nəticədə, məğlub olan da onlar olur.

Mənbə: pia.az