Karantin rejimi yenidən sərtləşdiriləcək? - RƏSMİ

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov karantin rejiminin yenidən sərtləşdirilməsi ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.

Şahmar Mövsümov "Report"a eksklüziv açıqlamasında bildirib ki, bununla bağlı hər hansı bir məlumat yoxdur.

"Əgər elə bir məlumat olarsa, onunla bağlı ictimaiyyətə məlumat veriləcək", - Prezidentin köməkçisi bildirib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya XİN: Ermənistana noyabrın 13-dən bu günə kimi 1374 hərbçinin meyiti təhvil verilib

SONRAKI XƏBƏR

NRYTN kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib - FOTO