KİV: İsrail, Səudiyyə, Bəhreyn və BƏƏ müdafiə ittifaqının yaradılması barədə danışıqlar aparır

KİV: İsrail, Səudiyyə, Bəhreyn və BƏƏ müdafiə ittifaqının yaradılması barədə danışıqlar aparır

İsrailin Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri ilə müdafiə ittifaqının yaradılması barədə danışıqlar apardığı bildirilir. Ordu.az xəbər verir ki, bu barədə İsrail mətbuatı öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, müdafiə ittifaqı danışıqları, ehtimal ki, bölgədəki “artan İran təhdidi” ilə əlaqədardır. Qeyd olunan dövlətlər İranın Suriya və İraq kimi Yaxın Şərq ölkələrində nüfuzunun artmasından narahatdır.

İsrailin Səudiyyə Ərəbistanı ilə rəsmi diplomatik əlaqələri olmasa da, BƏƏ və Bəhreynlə ABŞ-ın vasitəçiliyi ilə normallaşma müqaviləsi imzalanıb.
 

 

Mənbə: ordu.az