NATO-nun baş katibi və Avropa Şurası prezidenti börüşüb

NATO-nun baş katibi və Avropa Şurası prezidenti börüşüb

NATO-nun baş katibi Yens Stoltenberq və Avropa Şurası prezidenti Şarl Mişel arasında görüş baş tutub.

Danışıqlar zamanı mövcud əməkdaşlığın daha da möhkəmləndirilməsi və blok ölkələrinin təhlükəsizliyinin təmini kimi məsələlər müzakirə olunub.

Şarl Mişel NATO-nun Avropa və Şimali Amerika arasındakı əlaqələrin möhkəmləndirilməsində açar rol oynadığını bildirib.

Baş katib Yens Stoltenberg isə öz növbəsində terrorizm və kiber hücumla mübarizədən, iqlim böhranından və Rusiyada baş verən aqresiv çıxışlardan bəhs edib.

“Heç bir ölkə və ya qitə baş verən xoşagəlməz hallarla mübarizədə təkbaşına olmayacaq”- deyə baş katib vurğulayıb.

Qeyd edək ki, görüş Avropa İttifaqı liderləri ilə baş tutacaq videokonfransdan öncə həyata keçirilib.

 

Mənbə: www.realtv.az