Xocalı qurbanları anılıb - VİDEO

“26 fevral Ermənistan-Azərbaycan münaqişəsində ən faciəli gündür”.

Bunu ADA Universitetinin rektoru Hafiz Paşayev Xocalı faciəsinin 29-cu ildönümü ilə bağlı Xarici İşlər Nazirliyi və ADA Universitetinin təşkil etdiyi tədbirdə çıxışında bildirdi.

Həm birinci, həm də ikinci Qarabağ müharibəsində hadisələri fotoaparatının yaddaşına köçürən dünya şöhrətli fotoqraf Reza Deqati də tərbirə qatıldı. Ermənistan-Azərbaycan müharibəsində Ermənistanın törətdiyi vandallıqları çəkdiyi fotolarda nümayiş etdirdi. Əlavə etdi ki, bu faktları beynəlxalq məhkəmələrə təqdim etməyə hazırdır.

Xocalı faciəsinə 12 yaşında ikən şahidlik edən Samirə Hüseynova acı xatirələrini bölüşdü. Vətən müharibəsində iştirak edən, ADA Universitetinin məzunu Kamran Abbasov isə çıxışında Xocalının qisasının Ermənistandan alındığını, qalib əsgər kimi geri döndüyünü vurğuladı.

Sonra diplomatiya könüllüllərinin Xaclaı faciəsinin 29 cu il dönümünə həsr etdikləri videoslayd nümayiş olundu

Sonda ADA Universitetinin həyətində badam ağacı və Xarı bülbül əkildi.

 

 

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

NATO-nun baş katibi və Avropa Şurası prezidenti börüşüb

SONRAKI XƏBƏR

ABŞ Hərbi Dəniz və Hava Qüvvələri uzun mənzilli raketlər sifariş verib