Fransa Paşinyanla müxalifəti dialoqa çağırdı

Fransa Paşinyanla müxalifəti dialoqa çağırdı

Fransa Ermənistanın baş naziri Nikol Paşinyanı və müxalifəti dialoqa çağırıb. Azvision.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-İv Le Drian bildirib.

"Fransa çətin anlar yaşamış ölkədə daha sakit vəziyyət yaratmaq üçün prezidentin (Armen Sarkisyan) və baş nazirin (Nikol Paşinyan) legitimliyinə əsaslanan dialoqun qurulmasının tərəfdarıdır", - XİN rəhbəri deyib.

O əlavə edib ki, erməni demokratiyası hadisələrə tab gətirməlidir.
 

Mənbə: azvision.az