“Sasna Tsrer”: “Rus-türk ittifaqı Ermənistanı toplama düşərgəsinə çevirir”

“Sasna Tsrer”: “Rus-türk ittifaqı Ermənistanı toplama düşərgəsinə çevirir”

“Rus-türk ittifaqı Ermənistanı toplama düşərgəsinə çevirir”. Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Sasna Tsrer” silahlı qruplaşmasının koordinatoru Varujan Avetisyan deyib.

Onun sözlərinə görə, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın dövründən bəri “Sasna Tsrer”lə bağlı hər hansı dəyişiklik olmayıb və onlar üçün hər hansı sürpriz yoxdur.

“Biz baş verənləri görməzdən gəlirik və onlara məhəl qoymuruq. Ermənistan əsir götürülüb, zəbt edilib və Ermənistan azad edilməlidir. Azad olub-olmayacağımız ikinci dərəcəlidir və bundan törəmədir”, - deyə Avetisyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az