Dünyada müdafiə xərclərinin həcmi açıqlanıb

2020-ci ildə koronavirus pandemiyasının səbəb olduğu iqtisadi böhrana baxmayaraq, dünyada müdafiə məsrəfləri 3,9 faiz artaraq 1,83 trilyon ABŞ dolları təşkil edib.

Bu barədə Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutu (İİSS) adlı beyin mərkəzinin hesabatında bildirilir.

Həmin məbləğin 40 faizi, yəni 738 milyard dolları ABŞ-ın payına düşür.

Bu artımın üçdə ikisi iki ölkənin payına düşür. Belə ki, ABŞ-da müdafiə məsrəfləri 6,3 faiz, Çində isə 2019-cu ildəki 5,9 faizə qarşı hesabat ilində 5,2 faiz artıb. Həmçinin Çin hərbi donanmasına yönələn məsrəfləri də dünyada, xüsusilə Asiyada müdafiə məsrəflərinin artmasına təsir göstərib. Avropada isə artım 2 faiz təşkil edib.

Qarşıdakı dövrdə ABŞ müdafiə büdcəsinin sabitləşməsi, Asiya – Pasifik regionu ölkələrində isə artımın səngiməsi hətta Avropada artımın davam edəcəyi təqdirdə belə 2021-ci ilin yekununda dünyada müdafiə məsrəflərinin artımı zəifləyə bilər.

Qeyd edək ki, 2019-cu ildə dünyada müdafiə məsrəfləri rekord hədd olan 4 faizlik artım göstərib.

Pia.az

ƏVVƏLKİ XƏBƏR

Fransa Paşinyanla müxalifəti dialoqa çağırdı

SONRAKI XƏBƏR

“Sasna Tsrer”: “Rus-türk ittifaqı Ermənistanı toplama düşərgəsinə çevirir”