Ermənistan prezidenti Paşinyana qarşı çıxdı: Baş qərargah rəisi vəzifəsində qalır

Bakı. Orxan Nəbiyev - Trend:

Ermənistan prezidenti Armen Sarkisyan ölkə ordusunun Baş qərargah rəisi Onik Qasparyanın vəzifədən azad olunma bəyanatını qəbul etməyib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, prezident generalın istefaya göndərilməsi tələbi ilə müraciətini baş nazir Nikol Paşinyana geri göndərib.

Qeyd edək ki, ötən gün Ermənisan Baş qərargahı N.Paşinyanın istefasını tələb edən bəyanat yayımlamışdı.

 

Bunun əvəzində N.Paşinyan Onik Qasparyanı vəzifdən azad etdiyini və bu barədə müraciəti prezidentə göndərdiyini bildirmişdi.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Dolların möhkəmlənməsi fonunda neft ucuzlaşır

SONRAKI XƏBƏR

Nigeriyada silahlılar məktəbə hücum etdi