Ermənistanda hökm sürən vəziyyətə Rusiyada necə yanaşırlar?

Ermənistanda hökm sürən vəziyyətə Rusiyada necə yanaşırlar?

Rusiya tərəfindən Ermənistanda hökm sürən vəziyyətdən narahat olduqlarına dair bəyanatlar səslənsə də, eyni zamanda onu Ermənistanın daxili işi hesab edirlər. Ordu.az xəbər verir ki, erməni jurnalistlər Rusiya parlamentinin deputatlarından şərh almağa və Ermənistanda baş verən hadisələrlə bağlı hansı mövqe malik olduqlarını aydınlaşdırmağa çalışıb.

Məsələn, Rusiya parlamentinin aşağı palatası olan Federasiya Şurasının beynəlxalq münasibətlər komissiyasının sədri Konstantin Kosaçev qeyd edib: “Baş verən hadisələri tamamilə suveren Ermənistanın daxili işi hesab edirəm”. O, başqa suallara cavab vermək istəməyib.

Məsələn, Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov bildirib ki, Ermənistandakı son hadisələr onun Rusiya ilə münasibətlərinə təsir etməyəcək: “Xalq belə istəmir, amma istənilən halda orada heç vaxt anti-rus qüvvəsi hakimiyyətə gəlməyəcək”.

Əlavə edək ki, Ermənistanda baş verən hadisələrə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da toxunub. Peskov deyib ki, narahatdırlar və Ermənistanda baş verən inkişafları diqqətlə izləyirlər.
 

 

Mənbə: ordu.az