“Azərbaycanın acısını ürəyimizdə hiss edirik” - BMT-nin Pakistan üzrə eksperti Qaiser Navab

“Azərbaycanın acısını ürəyimizdə hiss edirik” - BMT-nin Pakistan üzrə eksperti Qaiser Navab

“Azərbaycan tarixən erməni zülmünə qarşı mübarizə və fədakarlıq göstərmişdir. Bu gün vətənlərinin bütövlüyü və suverenliyi uğrunda mübarizə aparanların hamısına ən yüksək hörmət günüdür’’.

Bu fikirləri Metbuat.az-a BMT layihələrində Dayanıqlı İnkişaf Məqsədləri üzrə pakistanlı ekspert, Pakistan-Azərbaycan Məzunlar Birliyinin təsisçisi Qaiser Navab bildirib.

“Ermənistan təcavüzkarları tərəfindən Xocalıda törədilən soyqırım yalnız azərbaycanlılara qarşı deyil, həm də bütün insanlığa və sivilizasiyaya qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biri idi.

Bu cinayət Ermənistanın azərbaycanlılara qarşı təcavüzkar soyqırımı siyasətinin növbəti mərhələsi idi. 1918-ci ildə Bakıda, Quba, Şamaxı və digər şəhərlərdə azərbaycanlılara qarşı törədilmiş qətliam ermənilərin etnik nifrətə əsaslanan vəhşiliyini sübut etdiyi üçün Xocalı hadisəsi Ermənistanın anti-Azərbaycan vandalizminin ilk nümunəsi deyil.

Dünya bilməlidir ki, bu cinayət təkcə Azərbaycan xalqına deyil, bütün sivil dünyaya qarşı yönəldilmişdir’’.

Qaiser Navab müsahibəsində bildirdi ki, Azərbaycana dəfələrlə səyahətləri zamanı şahid olub ki, Azərbaycan cəmiyyəti sülhsevər bir cəmiyyətdir, ahəngdar və əhatəli bir cəmiyyətdi. O deyir ki, üstəlik Pakistana olan qonaqpərvərliklərinə və hörmətlərinə dərin hörmət edir.

“Azərbaycan xalqı qonaqpərvərdir, açıq ürəklidir və mübarizə ruhuna inanır. Belə bir cəmiyyətə qarşı istənilən təcavüz növü, bu cəmiyyətə bağlı olan insan dəyərlərinə təcavüz kimi qəbul edilir. Biz böyük humanist dəyərlərin təbliğində və insanlığı pozmaqda iştirak edən bütün qüvvələrə qarşı Azərbaycanın tərəfindəyik.

Xocalıya hücum zamanı mindən çox insan əsir götürüldü. Təəssüf ki, itkin düşənlərin taleyi hələ məlum deyil. Azərbaycanın ağrısını ürəyimizdə hiss edirik və bölüşürük’’.

Gülbəniz Hüseynli / METBUAT.AZ

 

 

Mənbə: metbuat.az