“Paşinyanın taleyi çoxdan həll olunub” – “Köçəryan yeni hökümətdə təsir gücünə sahib olacaq”

"Paşinyanın taleyi Rusiya tərəfindən çoxdan həll olunub. Paşinyanın hakimiyyətdən gedəcəyi təqdirdə kimlərin hökumətə gələcəyini, hansı qruplaşmadan ibarət olacağını indidən demək çətindir”.

“AzPolitika.info” xəbər verir ki, bunları Ermənistanda cərəyan edən siyasi prosesləri şərh edən politoloq Rauf Mirqədirov deyib.

Onun sözlərinə görə, Putinin dostu Köçəryan yeni hökumətdə təsir gücünə sahib olacaq. “Köçəryan özü də bildirib ki, aktiv siyasətə qayıdır və onun Qarabağla bağlı mövqeyi hamıya məlumdur. Amma bir məsələ var ki, orada hakimiyyətə gəlmək istəyənlərin heç biri öz çıxışında 10 noyabr bəyannaməsindən imtina etməklə bağlı bir fikir söyləməyib. Onlar bu bəyannaməni Paşinyanın xəyanəti adlandırır və Paşinyanın daha uzun müddət hökumətdə qalacağı təqdirdə bir neçə bu kimi "xəyanət" edə biləcəyini ehtimal edirlər", – deyə siyasi şərhçi vurğulayıb.

“AzPolitika.info”

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

“Ordunu qəzet redaksiyasına çeviriblər” - Zakaryan

SONRAKI XƏBƏR

Neft son saatlarda qiymət itkisi ilə üzləşib – eniş davam edir