Kreml Avropaya şərt qoymaqdan imtina etdi

Kreml Avropaya şərt qoymaqdan imtina etdi

Rusiya Ukrayna ilə bağlı danışıqlarda iştirak edəcək Avropa nümayəndə heyətinin tərkibinə dair hər hansı şərt irəli sürmək niyyətində deyil.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Biz onların danışıqlar qrupunun tərkibinə dair şərt irəli sürə bilmərik və bunu istəmirik. Məsələnin bu cür qoyuluşu tamamilə yanlışdır”, – deyə Kreml sözçüsü vurğulayıb.

Peskov, həmçinin Moskvanın Avropa nümayəndələri ilə danışıqlar aparmasının faydalı olacağını qeyd edib. Onun sözlərinə görə, bu, Avropanın mövqeyinin sülh prosesinə nə dərəcədə töhfə verə biləcəyini anlamağa imkan yaradacaq.

Mənbə: bizim.media