Türkiyəli tanınmış jurnalist və təhlükəsizlik analitiki Həmid İxtiyar Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə sual ünvanlayıb.
Musavat.com xəbər verir ki, türkiyəli bloger bu barədə özünün rəsmi "Instagram" səhifəsində paylaşım edib.
Sammit zamanı H.İxtiyar dövlət başçısına diqqətçəkən sual ünvanlayıb: "Əgər dünyanın prezidenti olsaydınız, iqlim dəyişikliyi ilə bağlı nəyi dəyişərdiniz?"
Azərbaycan Prezidenti İlham Əliyev bu sualı qlobal çağırışla cavablandırıb:"İqlim dəyişikliyi mövzusunda hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını və dünyanı qorumaq üçün əlindən gələni etməsini tövsiyə edərdim".
Sonda jurnalist planetin gələcəyi ilə bağlı dəyərli fikirlərini bölüşdüyü və müsahibəyə vaxt ayırdığı üçün Azərbaycan liderinə təşəkkür edib.
Qeyd edək ki, Həmid İxtiyar COP31 çərçivəsində digər ölkə liderlərindən, o cümlədən Ukrayna prezidenti Volodimir Zelenskidən də müsahibə alıb və bu kadrlar izləyicilər tərəfindən rəğbətlə qarşılanıb.
Mənbə: musavat.com