Artur Rasizadə: “Xocalı soyqırımı törədiləndən bəri ad günümü heç zaman qeyd etmirəm” - EKSKLÜZİV

Bu gün Azərbaycanın keçmiş Baş naziri Artur Rasizadənin 86 yaşı tamam olur.

Artur Rasizadə 26 fevral 1935-ci ildə Gəncə şəhərində anadan olub. 1952-ci ildə Lənkəran şəhər 4 №-li orta məktəbi bitirib. Əslən Naxçıvan Muxtar Respublikasındandır.

Artur Rasizadə Azərbaycan Respublikasının 6-cı və 8-ci Baş naziri olub.

KONKRET.az xəbər verir ki, Demokrat.az-ın jurnalisti doğum günü münasibətilə Artur Rasizadəni təbrik edərək, onun fikirlərini öyrənib.

“Xocalı soyqırımı törədiləndən bəri ad günümü heç zaman qeyd etmirəm”.

Söhbət zamanı Artur Rasizadə jurnalistlərlə dost olduğunu da bildirib:

“Sağ olsunlar, jurnalistlər məni heç zaman unutmurlar, ad günümü təbrik edirlər. Jurnalistlər dəyərli insanlardır, hər birinə uğur arzu edirəm. Pandemiya dövründə özlərini qorusunlar”.

Artur Rasizadə hazırda evində dincəldiyini deyib.

Prezident İlham Əliyevin bu gün keçirdiyi brifinqin əhəmiyyətinə də toxunan Artur Rasizadə ölkə başçısının tarixi çıxışlara və əhəmiyyətli islahatlara imza atdığını söyləyib.

Onun sözlərinə görə, Azərbaycanın tarixi qələbəsi ölkəmizin dünyadakı nüfuzunu daha da artırır.

konkret.az

ƏVVƏLKİ XƏBƏR

DİN-dən Gədəbəydəki vəhşiliklə bağlı AÇIQLAMA

SONRAKI XƏBƏR

“Bu, ABŞ və İranı yeni zorakılıq mərhələsinə aparacaq” –Hüseyni