Həqiqətin 4 saat və 4 dildə ifadəsi (VİDEO)

Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirdi. 44 günlük Vətən müharibəsi dövründə 30-a yaxın KİV-ə müsahibə verən Müzəffər Ali baş komandan bu dəfə də müxtəlif qəbildən olan suallara aydınlıq gətirdi.

Həqiqət bütün dillərdə eyni məna yükünə malik olsa da, dünya ilə onun lisanında danışmaq Prezidentin timsalında Azərbaycana üstünlük qazandırdı.

İspaniyalı jurnalistin mətbuat konfransındakı etirafı bunu bir daha təsdiq etdi.

Prezidentin 4 saat ərzində 4 dildə sualları cavablandırması Londondan gəlmiş jurnalistin də diqqətindən yayınmadı.

Bölgədə terrorçu qrupların döyüşməsi ilə bağlı sual verən iranlı journalist isə fakt qarşısında tərkisilah oldu.

Sualı ilə bağlı konkret dəlil gətirə bilməyən journalistin cavabı belə oldu.

Prezidentin mətbuat konfransı eyni anda 10-la şahmatçı ilə seans keçirən qrossmeysterin gedişlərinə bənzədi. Görüşdə qazanan isə iti zəka oldu.

 

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

Əfqanıstanda hərbi bazaya hücum - Ölənlər var

SONRAKI XƏBƏR

Azərbaycanın 4 güləşçisi beynəlxalq turnirin yarımfinalına vəsiqə qazandı