Göyçayda Xocalı faciəsinin qurbanları böyük ehtiramla yad olunub.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi xəbərinə görə, faciənin 29-cu ildönümü ilə əlaqədar “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Göyçay Şəhidlər Xiyabanında simvolik olaraq 613 ağac əkilib.
Ağacəkmə aksiyasında rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri iştirak edib. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.
Davud Tarverdiyev