ABŞ Nümayəndələr Palatası 1,9 trillyon dollarlıq koronavirus yardım paketi üzərində səs vermə keçirir

ABŞ Nümayəndələr Palatası 1,9 trillyon dollarlıq koronavirus yardım paketi üzərində səs vermə keçirir

ABŞ-ın Nümayəndələr Palatası cümə günü Prezident Co Baydenin
koronavirus böhranı ilə əlaqədar bizneslərə, ştatalara və milyonlarla Amerikalıya dəsətək məqsədi ilə təklif etdiyi 1,9 trilyon dollarlıq yardım paketi üzərinə səs vermə keçirir.

Demokratların nəzarətində olan Nümayəndələr Palatasının böyük səs çoxluğu ilə qanun layihəsinin lehinə səs verəcəyi gözlənilir. Təsdiqlənəcəyi təqdirdə bu, Prezident Co Baydenin yanvarın 20-də vəzifəyə başladığı gündən bəri ən böyük qanunvericilik qələbəsi hesab olunacaq.

Lakin yardım paketi ilə bağlı ətraflı müzakirələrin olacağı gözlənilir. Əksər Respublikaçılar 500 mindən çox insanın həyatını itiriməsinə və milyonlarla amerikalının işsiz qalmasına səbəb olan pandemiya ilə mübarizəni maliyyələşdirməyi hədəfələyən yardım paketinin maliyyə xərclərinə qarşı çıxır.

Yardım paketində həmçinin fərdlərə bir dəfəlik 1400 dollarlıq ödəniş, kiçik bizneslərə və ştat və şəhər səviyyəsindəki hökumətlərə fövqəladə maliyyə yardımı nəzərdə tutulur.

Fövqəladə işsizlik müavinətləri, aşağı maaş alan və uşaqlı ailələrə vergi güzəştləri də yardım layihəsi ilə maliyyələşdiriləcək, eləcə də pandemiyanın dağıdıcı iqtisadi təsirindən zərər görən bizneslər, hava yolu şirkətləri də maliyyə yardımı alacaq.

Lakin Demokratıların saatlıq federal minimum əmək haqqının 7.25 dollardan 15 dollaradək artırılması təklifi böyük ehtimalla bu paketdə yer almayacaq.

Çünki yardım layihəsinə səs verən Senatdakı millət vəkilləri cümə axşamı bildirib ki, təklif palata qaydalarına uyğun olaraq qanun layihəsindən çıxarılmalıdır.

Demokratlar hazırda Senatda 221-211 sayla üstünlük təşkil edir. Spiker Nensi Pelosi bütün Demokratların yarım paketinin lehinə səs verəcəyinə ümid etdiyini bildirib.

Mənbə: www.amerikaninsesi.org