Şəhid polkovnik-leytenant dəfn edildi - YENİLƏNİB + FOTO

Şəhid polkovnik-leytenant dəfn edildi - YENİLƏNİB + FOTO

Azərbaycan Ordusunun Vətən müharibəsində Murov istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan polkovnik-leytenantı Sadıqov Yaşar Füzuli oğlu dəfn edilib.

“Report”un xəbərinə görə, Y.Sadıqov Bakıda yerləşən 2 saylı Fəxri və Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin rəsmiləri, generalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dəfn mərasimində hərbi orkestrin iştirakı ilə dövlət himni səsləndirilib və havaya yaylım atəşi açılıb.

***

Vətən müharibəsində itkin düşən polkovnik-leytenant Sadıqov Yaşar Füzuli oğlunun şəhid olduğu müəyyənləşib.

Bu barədə “Qafqazinfo”ya şəhid zabitimizin yaxınları məlumat verib.

46 yaşlı zabitin nəşi Murovdağ istiqamətində, Ömər aşırımında tapılıb. Bu gün şəhidimiz doğulduğu Füzulinin Bala Bəhmənli kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, 1975-ci il təvəllüdlü Yaşar Sadıqov Vətən müharibəsində itkin düşən iki polkovnik-leytenantdan biri idi. Zabitimiz ailəli idi, iki tələbə övladı yadigar qaldı.

Mənbə: oxu.az