ABŞ Kaşıkçı cinayətinə görə Səudiyyə vətəndaşlarına viza məhdudiyyətləri qoydu

ABŞ Kaşıkçı cinayətinə görə Səudiyyə vətəndaşlarına viza məhdudiyyətləri qoydu

ABŞ administrasiyası jurnalist Camal Kaşıkçının qətlə yetirilməsi ilə bağlı Səudiyyə Ərəbistanının 76 vətəndaşı barəsində viza sanksiyaları tətbiq edib, baş verənlərin fonunda başqa tədbirlər də görəcək.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin yazılı bəyanatında deyilir.

Blinken vurğulayır ki, bundan başqa, ABŞ administrasiyası dünya ictimaiyyəti tərəfindən bu cinayətin qınanılmasını gücləndirmək və jurnalistlər və ehtimal olunan dissidentlərə hədə-qorxu gəlmək və onlara hücum etmək üçün öz ölkələrinin sərhədlərindən kənarda fəaliyyət göstərən hökumətlərə qarşı mübarizə aparmaq üçün əlavə tədbirlər elan edir.

Onun sözlərinə görə, ABŞ bundan sonra Vaşinqtonda olan məlumatlara əsasən, fərqli düşüncənin yatırılmasına, jurnalistlərin, eləcə də onların doğmalarının və yaxınlarının təqibinə yönəlmiş ciddi eksterritoriallıq fəaliyyəti ilə bilavasitə bağlılığı olan əcnəbilərə Amerikaya giriş vizalarının verilməsinin məhdudlaşdırılması üçün yeni siyasət yürüdəcək. Belə hallarda ABŞ-ın viza sanksiyaları “qara siyahı”ya daxil olan şəxslərin ailə üzvlərinə də şamil oluna bilər.

Mənbə: qafqazinfo.az