ABŞ-ın Suriyaya zərbə endirməsinə - İrandan reaksiya

ABŞ-ın Suriyaya zərbə endirməsinə  - İrandan reaksiya

Tehran ABŞ-ın Suriyaya zərbəsini aqressiya və beynəlxalq hüququn pozulması hesab edir.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Səid Xatibzadə bildirib.

“İran XİN-in rəsmi nümayəndəsi Suriyanın şərq hissəsində Amerika qüvvələrinin beynəlxalq hüququn pozulması olan qanunsuz və təcavüzkar hücumunu qətiyyətlə pisləyib”, - qurumun bəyanatında deyilir.

Xatibzadə qeyd edib ki, ABŞ Suriyaya İsrailin daimi təcavüzünün davamı olaraq zərbə endirib. O, həmçinin vurğulayıb ki, Amerika bazaları qeyri-qanuni əsaslarla Suriya ərazisindədir və (oradakı amerikalılar-red.) terrorçuların hazırlanması ilə məşğuldurlar.

Diplomatın sözlərinə görə, ABŞ-ın Suriyadakı obyektlərə vurduğu zərbə ölkənin suverenliyinin və ərazi bütövlüyünün pozulmasıdır və regionda hərbi toqquşmaların artmasına və sabitliyin pozulmasına gətirib çıxaracaq.

Mənbə: qafqazinfo.az