Ağ Ev Suriyaya endirilən zərbələrin qanuni olduğunu bəyan etdi

Ağ Ev Suriyaya endirilən zərbələrin qanuni olduğunu bəyan etdi

Ağ Ev nümayəndəsi Cen Psaki Suriyaya edilən zərbələrin qanuni olduğunu bəyan edib.

Bu barədə “Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir.

Onun sözlərinə görə, Prezident Co Bayden ABŞ hərbçilərinin müdafiəsi səlahiyyətini rəhbər tutub.

“Daxili qanunvericiliyə gəldikdə, Prezident bu addımları ABŞ hərbi qulluqçularının müdafiəsi səlahiyyətlərinə uyğun olaraq atıb, hədəflər növbəti həftələrdə əlavə hücum riskinin qarşısını almaq əsasında seçilmişdi”, - Psaki jurnalistlərə deyib.

Daha əvvəl Tehran ABŞ-ın Suriyaya zərbəsini aqressiya və beynəlxalq hüququn pozulması adlandırıb.

Mənbə: qafqazinfo.az