Latviyalı parlamentarilər: Xocalı faciəsi insanlığa qarşı cinayətdir

Latviyalı parlamentarilər: Xocalı faciəsi insanlığa qarşı cinayətdir

Riqa, 27 fevral, AZƏRTAC

Latviya Respublikası Parlamentinin (Seym) üzvləri Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının bu ölkədəki səfirliyinə məktub ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, latviyalı parlamentarilərin məktubunda Xocalı faciəsi insanlığa qarşı cinayət kimi qiymətləndirilib, müdafiəsiz mülki şəxslərə qarşı etnik təmizləmə, qırğın və soyqırımların bütün formalarının qınandığı vurğulanıb.

Məktubda, həmçinin Xocalıda törədilmiş dəhşətli hadisələrin dünyanın başqa yerlərində təkrarlanmaması üçün daim xatırlanmalı olduğu bildirilib, soyqırımının 29-cu ildönümü münasibətilə Azərbaycan xalqına başsağlığı ifadə edilib.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

Mənbə: azertag.az