Cəlilabadlılar Şəhidlər xiyabanını ziyarət ediblər

Cəlilabadlılar Şəhidlər xiyabanını ziyarət ediblər

Cəlilabad, 27 fevral, Bağır Əliyev, AZƏRTAC

Fevralın 26-da Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Cəlilabad Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, YAP Cəlilabad rayon təşkilatının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri şəhərdəki Şəhidlər xiyabanını ziyarət ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzərək, faciə qurbanlarının xatirəsini ehtiramla anıblar.

Mərasimdə şəhidlərin ruhuna dualar oxunub.

Mənbə: azertag.az