Xocalı faciəsi qurbanlarının xatirəsi Yevlaxda dərin hüznlə anılıb

Xocalı faciəsi qurbanlarının xatirəsi Yevlaxda dərin hüznlə anılıb

Yevlax, 27 fevral, AZƏRTAC

Xalqımızın tarixinə qanla yazılan Xocalı faciəsinin iyirmi doqquzuncu ildönümü respublikamızın hər yerində olduğu kimi, Yevlax rayonunda da dərin hüznlə anılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, faciə qurbanlarının anım günü ilə əlaqədar olaraq Yevlax Şəhər İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri və Yevlax rayonunda məskunlaşan Xocalı sakinləri pandemiya dövrünün qaydalarına riayət etməklə Şəhidlər abidəsini ziyarət ediblər. Şəhidlər Xiyabanında respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının məzarları önünə gül dəstələri düzülüb, xatirələri ehtiramla anılıb.

 

Mənbə: azertag.az