Baş Qərargah rəisi getmək istəmir və Paşinyanın istefasını tələb edir

Baş Qərargah rəisi getmək istəmir və Paşinyanın istefasını tələb edir

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi və generallar qərarlarını dəyişdirməyəcəklərini və Baş nazir Nikol Paşinyanın istefasını tələb etdiklərini bildirirlər.

KONKRET.az xəbər verir ki, yüksək rütbəli hərbçilər prezident Armen Sarkisyana Nikol Paşinyanın Qarabağdakı döyüş əməliyyatları zamanı məntiqsiz və xain əmrləri barədə hesabatlar təqdim etdiklərini deyirlər.

Məlumata görə, Armen Sarkisyan Baş Qərargahın təqdim etdiyi bilgilərdən sonra sözün əsl mənasında məəttəl qalıb.

Digər xəbərlərə görə, Nikol Paşinyan Prezident Sarkisyanla gizli görüş keçirib və Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə əmr imzalamağa inandırmağa çalışır.

Natiq Səlim

Mənbə: konkret.az